Putin Rusiyanın gələcək prezidenti haqqında: "O, ilk növbədə..."

Rusiya prezidenti Vladimir Putin "Bloomberg" agentliyinə müsahibə verib.

 

APA TV-nin məlumatına görə, Kreml rəhbəri müsahibəsində digər qlobal məsələlərlə yanaşı, 2018-ci ildə ölkəsində keçiriləcək prezident seçkilərinə də toxunub.

 

V. Putin deyib ki, ölkəsi üçün növbəti prioritet məsələ seçki prosesinin təşkili və burada kimlərin iştirakına dair qərarın verilməsindən ibarətdir.

 

Özünün seçki kampaniyasında iştirakı məsələsinə gəlincə isə, Vladimir Putin hələ bu barədə yekun qərara gəlmədiyini açıqlayıb.

 

Rusiyanın gələcək prezidentini necə görmək istəyini də ifadə edən hazırkı ölkə başçısı sələfinin gənc və yetkin bir şəxsiyyət olmasını arzuladığını dilə gətirib.

Vladimir Putin eyni zamanda son illər Rusiyada daxili demokratiya prosesinin inkişaf etdiyini, buna misal olaraq da sentyabrda Dövlət Dumasına keçirilən seçkilərdə iştirak edəcək siyasi partiyaların sayının artdığını göstərib. 

 

Prezident bildirib ki, görülən tədbirlər nəticəsində siyasi partiyalar televiziya və qəzetlər vasitəsilə hakim partiyanı azad şəkildə tənqid edə bilir.

Müəllif | Apa.Tv
Apa.tv