Zaqatalada qadın sürücü 74 yaşlı piyadanı vurdu

Zaqatalada qadın sürücü 74 yaşlı piyadanı vurub. APA TV-nin  məlumatına görə, hadisə bu gün səhər saat 8:00 radələrində rayonun Suvagil kənd yolunda baş verib.

 

Suvagil kənd sakini 1966-cı il təvəllüdlü Xatirə Məmməd qızı Soltanova idarə etdiyi “VAZ-21099” markalı, 62 BF 988 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolun döngə hissəsində anidən maşının qarşısına çıxan piyada, rayonun Gözbarax kənd sakini, 1942-ci il təvəllüdlü Cəbrayıl Əli oğlu İsayevi vurub.

 

Qəzadan sonra sürücü Xatirə Soltanova yoldakı adamların köməyi ilə xəsarət alan 74 yaşlı Cəbrayıl İsayevi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparıb. Xəstəxanadan APA TV-yə bildirilib ki, reanimasiya şöbəsinə yerləşdirilən Cəbrayıl İsayevə ağır qapalı kəllə-beyin travması və sol baldırın sınığı diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.

 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv