Moskvadan geri dönüş - GƏNCƏ HAVA LİMANINDAN REPORTAJ
Rusiya paytaxtından Azərbyacana qayıdan həmyerlilərimiz son günlər Moskvada vəziyyətin gərgin olduğunu bildirirlər. Onlar işsiz qalan miqrantların, xüsusilə də ticarətlə məşğul olanların ciddi yoxlamalara məruz qaldıqlarını bildirirlər. Sənədlərində kiçik nöqsan olan xarici ölkə vətəndaşları qeyd-şərtsiz, hec bir səbəb göstərilmədən ölkədən deportasiya edilir.
Moskvada işsiz qalan həmyerlilərimiz arasında Qərb bölgəsindən olan soydaşlarımız çoxluq təşkil edir. Gəncə Beynəlxalq Hava Limanından verilən məlumata görə, son iki gündə Rusiyanın paytaxtından Gəncəyə gerçəkləşdirilən aviareyslərin tam şəkildə, sərnişinlərlə dolu vəziyyətdə həyata keçirilir.