Şəmkirdə iki nəfər bıçaqlandı

Şəmkirdə iki nəfər bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, Şəmkir şəhər sakini, 1974-cü il təvəllüdlü Rasim Axundov  qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

 

Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Onun  kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki məlum deyil.

 

Şəmkir rayonunun Şiştəpə kənd sakini, 1989-cu il təvəllüdlü Elman Nağıyev də qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə rayon xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Yaxınları E.Nağıyevin atdan yıxılaraq xəsarət aldıqlarını bildiriblər.

 

Hər iki faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv