"Məhəbbət üçbucağı" məhkəmə qarşısında - HÖVSANDAKI QƏTLİN TƏFƏRRÜATI

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Taxıl Terminalı” MMC-nin baş texnoloqu Qalib Bağırovun qətlində təqsirləndirilən - Ehtiram Həsənov, Mübariz Əliyev və Mahnurə Hüseynovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.


APA TV-nin məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatlar dəqiqləşdirilib.


Məhkəmə baxışı sentyabrın 9-na təyin edilib. 


Qeyd edək ki, qətl hadisəsi ötən ilin yanvarında baş verib. İstintaqla müəyyən edilib ki, qətli mərhumun tanışı Mahurə Hüseynova təşkil edib. Bir müddət Mahurə adlı qadınla görüşən mərhum Qalıb Bağırov sonradan qadınla əlaqəni kəsib. Təqsirləndirilən Hüseynovanın dediyinə görə, mərhumla bağ evində görüşüb, evin təmizliyinə baxırmış. Sonradan Bağırovla əlaqəsi kəsilib. Onun iş adamı olması barədə qeyri-rəsmi yaşadığı Mübariz Həsənova məlumatı da Mahurənin özü veribmiş. Keçmiş həyat yoldaşı Etibar Həsənovla Mübarizi tanış edən Mahurə Hüseynova oğurluğun planını cızaraq evin yerini adı çəkilən şəxslərə göstərib. Ertəsi gün onlar Qalib Bağırovun bağ evinə gələrək, tamah məqsədilə onu öldürüblər.

 

Təqsirləndirilən şəxslər Q.Bağırovu mənzilində qətlə yetiriblər. Həmin şəxslər qətllə yanaşı, quldurluq, dələduzluq və soyğunçuluqda da ittiham olunur.

Müəllif | Apa.Tv
Apa.tv