ABŞ Türkiyəyə hərbi kontingent göndərdi - İŞİD-Ə QARŞI

İŞİD-ə qarşı mübarizə çərçivəsində 50 ABŞ hərbçisi Türkiyəyə gəlib. APA TV-nin məlumatına görə, onlar ABŞ-ın Türkiyəyə göndərdiyi HIMARS raket sistemini idarə edəcəklər.


Yüksək Hərəkət Qabiliyyətli Raket Sistemi olan qurğu Qaziantep vilayətinin Almalıtəpə bölgəsinə qurulub. 92 kilometr mənzili vura bilən HIMARS Türkiyə Silahlı Qüvvələrinə aid raket müdafiə sisteminin yanında yerləşdirilib. İki avtomobillik və 30 lüləli sistemin bundan sonra da İŞİD-ə qarşı istifadə olunması gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv