Kabildə terror: prezident mühafizəsinin rəis müavini ilə birgə 30 nəfər öldü

Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktı nəticəsində ölənlərin sayı 30-a çatıb.

 

APA TV-nin məlumatına görə, bundan əvvəl 24 nəfərin öldüyü bildirilirdi.

 

Kabildə Əfqanıstan Müdafiə Nazirliyinin binası qarşısında iki terrorçu-kamikadze özünü partladıb. Ölənlər arasında bir neçə yüksək rütbəli hərbçi, o cümlədən Əfqanıstan prezidentinin mühafizə xidməti rəisinin müavini Zaman Əhmədzayın olduğu bildirilir.

 

Terror aktına görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.

 

 

 

Müəllif | Apa.Tv