Bağdadda terror: 9 ölü, 20 yaralı

İraqın paytaxtı Bağdadda baş verən partlayış nəticəsində 9 nəfər ölüb, 20 nəfər yaralanıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərin hamısı dinc sakinlərdir.

 

Məlumata əsasən, minalanmış avtomobil paytaxtın mərkəzi Əl-Karrada rayonunda partladılıb. Partlayışın gücündən ərazidə onlarla obyekt və avtomobil yanıb.

 

Terror aktına  görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

Müəllif | Apa.Tv
Apa.tv