Avro və lari ucuzlaşdı, rubl bahalaşdı
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi sentyabrın 5-i ilə müqayisədə dəyişməyib. Rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 1,6362 manatdır.
Avronun məzənnəsi isə manata nisbətən ucuzlaşıb. Mərkəzi Bank avronun məzənnəsini 1,8239 manat olaraq müəyyənləşdirib.
Rus rublu bahalaşıb, Türkiyə lirəsinin məzənnəsi dəyişməyib, Gürcüstan larisi isə ucuzlaşıb. Bu gün açıqlanan kursa əsasən, 1000 Rusiya rublu 25 manat 20 qəpik, 100 türk lirəsi 55 manat 52 qəpik, 100 Gürcüstan larisi 71 manat 14 qəpikdir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı valyutaların məzənnəsini həftə içi hər gün yeniləyir.