Bakıda CAZ ZİYAFƏTİ
Caz musiqisi sevənlərin bayramı başladı. 11-ci dəfədir, Bakıda keçirlən Beynəlxalq Caz Musiqi festivalı start götürdü.
APA TV-nin xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə başlayan Beynəlxalq Caz Festivalında bu dəfə də dünyanın müxtəlif yerlərindən olan məşhur musiqiçilər şəhərimizin qonağı olacaqlar.
Rahib Azəri:
- Builki festvalın əvvəlki illərə nisbətən fərqi ondandır ki, ötən il bir və ya iki məşhur musiqiçi var idisə, indi 5-6 super ulduz təşrif buyurub. Dünyaca məşhur kantrabas ustası təşrif buyurub.
Muğam mərkəzində keçirilən açılış mərasiminə xarici dövlətlərin Azərbaycandakı səfirləri, tanınmış musiqiçilər, eləcə də ölkənin ictimai-siyasi xadimləri qatılmışdı. Bu dəfə festivalın açılışını Joşua Redman etdi. Festivalın ilk günü caz festivalını izləmək üçün Bakıya gələn fransız aktyor Jerar Depardiye festivalı böyük maraq göstərdiyini deyir:
- Bəlkə də çoxu bilmir ki, Azərbaycanda belə bir caz ənənəsi var. Mən Bakıda caz musiqisini gördüm. Deyə bilərəm k, Bakıda çox böyük festival keçirilir. Mən Bakıda cazı sevirəm.
Noyabrın 2-dək davam edəcək festivalda musiqiçilər Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi və Caz Mərkəzində konsert proqramı ilə çıxış edəcəklər. Festivalda dünyaca məşhur musiqiçilərlə yanaşı, Azərbaycanın tanınmış ifaçıları - Salman Qəmbərov, Emil Əfrasiyab, Mircavad Cəfərov və istedadlı gənc caz musiqiçiləri solo konsertlə çıxış edəcəklər.