Putin gözlənilmədən Özbəkistana getdi

Rusiya prezidenti Özbəkistanın Səmərqənd şəhərinə gəlib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, Vladimir Putin aeroportdan birbaşa İslam Kərimovun dəfn olunduğu məzarlığa gedib.

Özbəkistanın mərhum dövlət başçısının xatirəsini yad edən Putini ölkənin baş naziri Şövkət Mirziyayev müşayiət edib.  

Xatırladaq ki, Özbəkistanın birinci prezidenti olmuş İslam Kərimovun sentyabrın 3-də keçirilən dəfn mərasimində rəsmi Moskvanı baş nazir Dmitri Medvedev təmsil edib.

Putinin Özbəkistana səfərinin şəxsi xarakter daşıdığı açıqlanıb.

Müəllif | Apa.Tv
Apa.tv