Binəli Yıldırım: "Sərhədi qanunsuz keçənləri vurun!"

Türkiyənin baş naziri Binəli Yıldırım kənd keşikçilərinin bir qrupu ilə görüşüb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, görüş zamanı baş nazir onların çavuş və ya buna bənzər bir statusla orduda xidmətə qəbul edilməsi üçün işlərə başlandığını bildirib.

 

Öz növbəsində keşikçilər terrorçularla onların öz dilində danışılmasınının, bunun üçün isə xüsusi dəstələr yaradılmasının vacib olduğunu ifadə ediblər.

 

Baş nazir B.Yıldırım isə hökumətin bu istiqamətdə müvafiq işlər apardığını vurğulayıb: "Bu tələblə əlaqədar daha əvvəl də müzakirələr aparılıb. Jandarma Baş Komandanlığı tərəfindən xüsusi dəstələr yaradılması istiqamətində tədbirlər görülür. Bu işlərin nəticəsini yaxın zamanda ictimaiyyətə açıqlayacağıq".

 

Baş nazir eyni zamanda bundan sonra Şırnakdakı sərhəd zonasından qanunsuz keçməyə cəhd göstərənlərlə də bağlı sərt bəyanat verib: "15 iyul hadisələrindən sonra bununla bağlı qəti tapşırığımı vermişəm. Sərhəd qapılarından kənarda keçməyə cəhd göstərən istənilən şəxs vurulacaq. Sərhədi qanunsuz keçmə nə vaxtdan qanuni bir iş olub? Bu, nə vaxtdan yaxşı iş sayılır? Bu barədə verdiyim tapşırıq qətidir".

 

 

Müəllif | Apa.Tv
Apa.tv