Bakıda külək güclənəcək, bölgələrdə yağış və dolu gözlənilir

Bakı və Abşeron yarımadasında sentyabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az  yağış yağacağı ehtimalı var.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında  mülayimləşəcək.

 

Havanın temperaturu gecə 19-23, gündüz  25-28 dərəcə, Bakıda gecə 20-22, gündüz  26-28 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə  intensiv  olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz  24-29 dərəcə, dağlarda gecə 9-14, gündüz  15-20 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv