Cəbhə xəttində erməni muzdlusunun meyiti tapılıb
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində erməni hərbçinin meyiti tapılıb. APA TV-nin məlumatına görə, erməni KİV-ləri muzdlu hərbçinin cəsədinin ön mövqeyə yaxın ərazidə aşkarlandığını yazıb.
Muzdlu döyüşçünün dünən gecə saatlarından itkin düşdüyü bildirilir. Adı açıqlanmayan hərbçinin üç gün əvvəl ön mövqeyə getdiyi deyilir. Onun Ermənistanın Cermux şəhərində doğulduğu məlum olub. O ailəlidir və üç yaşında qızı var.
Ölümün səbəbləri hələlik məlum deyil.