Salyanda 40 yaşlı keçmiş məhkum öldürüldü

Salyanda 40 yaşlı kişi qətlə yetirilib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, sentyabrın 5-də axşam saatlarında Salyan şəhəri, Tale Davudzadə küçəsində yaşayan, əvvəllər məhkum olunmuş, 1976-ci il təvəllüdlü Elçin Eldar oğlu Babayev balta ilə qətlə yetirilib.

 

Onun meyitini evə qayıdan bacısı aşkar edib. Bir müddət sonra Elçin Babayevin qonşusu - 40 yaşlı, əvvəllər iki dəfə məhkum olunmuş Quliyev Seymur Seyran oğlu tərəfindən qətlə yetirildiyi məlum olub. S. Quliyev polis tərəfindən saxlanılıb.

 

Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv