Bakıda özünü binadan atmaq istəyən şəxs xilas edildi
Bakıda özünü binadan atmaq istəyən şəxs xilas edilib.
APA TV-nin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, metronun Elmlər Akademiyası stansiyası ilə üzbəüz, Hüseyn Cavid prospekti 30 ünvanında beşmərtəbəli binanın damına çıxan şəxsiyyəti hələlik açıqlanmayan şəxs özünü binadan atacağını bildirib.
Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşlarının səyi nəticəsində o, binanın damından düşürülüb. İntihara cəhd edən şəxs izahatı alınmaq üçün polisə aparılıb.
Şahidlərin dediyinə görə, binanın damına çıxaraq intihar etmək istəyən şəxsin əlində içərisində benzin olan butulka da olub.
Faktla bağlı araşdırma aparılır.