Olimpiya və dünya çempionuna vəzifə verildi

Olimpiya və dünya çempionu Fərid Mansurov Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri təyin olunub.

 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova APA TV-yə açıqlamasında bildirib ki, adıçəkilən şöbənin əvvəlki rəhbəri Mirkamil Rəhimov mart ayında vəfat edib. O zamandan etibarən bu vəzifə üçün bir çox namizədlər irəli sürülsə də, yekun seçim Fərid Mansurovun üzərində olub.

 

Fərid Mansurov bu gün kollektivə təqdim olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv