XAÇMAZDA DƏHŞƏTLİ QƏZA - 2 nəfər öldü, 2 nəfər yaralandı

Oktyabrın 23-də axşam saatlarında Xaçmaz rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, qəza Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qaraçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

“KamAZ” markalı yük maşını traktorla toqquşub, traktor isə “Moskviç” markalı avtomobilə dəyib. Qəza nəticəsində iki nəfər ölüb, 2 nəfər müxtəlif bədən xəsarətləri alıb. Qəzada həlak olanlar “Moskviç”in sürücüsü Yaşar Kərimov və sərnişini Əlisman Musayevdir. Xəsarət alanlar isə 1966-cı il təvəllüdlü Quliyev Yaqub Əlif oğlu və 1989-cu il təvəllüdlü Muradov Alı Hüseyn oğlunun vəziyyəti orta ağırdır. Yaralılar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

  

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vəli Turan