Sumqayıtda akkumulyator oğrusu ələ keçdi
Sumqayıt ŞPİ-nin əməkdaşları avtomobil akkumulyatorlarına qənim kəsilən şəxsi yaxalamağa müvəffəq olub.
APA TV-nin məlumatına görə, yük maşınlarının ehtiyat hissəsinin oğurlanması barədə polisə şikayət ərizələri daxil olub.
Keçirilən əməliyyat zamanı Corat qəsəbə sakini, 31 yaşlı İlqar İmambaxışov saxlanılıb. Özünün dediyinə görə, bir ay ərzində 6 yük maşınının akkumulyatorunu oğurlayıb:
Oğurlanan ehtiyat hissələri Sumqayıt şəhərində 13-cü mkr-da metal qəbulu məntəqəsinə verilib. Dəyər-dəyməzinə satılan əşyalardan əldə olunan pulları isə İlqar öz ehtiyacına sərf edib.
Polisdən bildirdilər ki , İlqar İmambaxışovun digər cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır. İstintaq davam edir.