Şirvanda çətənə kolları əkib-becərən şəxs tutuldu

Şirvan sakininin həyətindən narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülüb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan Şəhər Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri çərçivəsində Şirvan sakini, 1969-cu il təvəllüdlü Xavəndi Bəxtiyar Sədulla oğlunun Füzuli küçəsi 8/26 ünvanında yerləşən həyətində çətənə kolları əkdiyi aşkar edilib.

 

Həyətyanı sahəyə baxış keçirilərkən orada yerləşən istixanada və yarımtikilidə 15 ədəd 1,5 və 2 metr hündürlükdə xüsusi qulluq göstərilmiş narkotik tərkibli çətənə kolları aşkar edilib.

 

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv