Azərbaycanın bir neçə ölkədəki səfirləri dəyişdirildi

Azərbaycanın iki ölkədəki səfirləri geri çağırılıb. APA TV-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Pərviz Oqtay oğlu Şahbazov Azərbaycanın Almaniyadakı, Namiq Həsən oğlu Əliyev isə Azərbaycanın Moldovadakı səfiri vəzifəsindən geri çağırılıb.

 

Dövlət başçısının digər sərəncamları ilə Azər Xudayar oğlu Xuduyev Azərbaycanın Ukraynada, Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın Argentinada fövqəladə və səlahiyyətli səfiri, Əliyənnağı Mehti oğlu Hüseynov isə İranın Təbriz şəhərində Azərbaycanın baş konsulu təyin edilib.

Müəllif | Apa.Tv
Apa.tv