Putinin maşını qəzaya uğradı, prezidentin sürücüsü öldü – MÜŞAHİDƏ KAMERASI

Rusiya prezidenti Vladimir Putinin xidməti maşını qəzaya uğrayıb. APA TV-nin məlumatına görə, qəza Moskvanın Kutuzov prospektində baş verib.

 

Kreml qarajının “1 nömrəli maşını” sayılan zirehli “Mercedes S600 Pullman” hökumət maşınlarının hərəkəti üçün nəzərdə tutulan zolaqda sürətlə hərəkət edən zaman qəfil yoldan çıxıb. Naməlum səbəbdən idarəetməni itirən sürücü maşını sola çəkib, bu zaman qarşıdan gələn maşınla toqquşub. Aktiv və passiv təhlükəsizlik mexanizmlərinin hamısı işə düşsə də, faciədən yaxa qurtarmaq olmayıb, prezidentin sürücüsü hadisə yerində dünyasını dəyişib. Ölümə səbəb hər iki maşının son dərəcə sürətlə hərəkət etməsi olub. İkinci maşının sürücüsü və sərnişinlərinin taleyi barədə məlumat verilmir.

 

Videomüşahidə kameraları qəza anını qeydə alıb. Prezidentin maşınının artıq istismara yararsız olduğu bildirilir. Hadisə zamanı Vladimir Putin maşında olmayıb. Qəza prezident Çində səfərdə olarkən baş verib. 

Müəllif | Apa.Tv
Apa.tv