Azərbaycanda ən fəal SÜRÜŞMƏ ZONALARI

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın fəal sürüşmə zonalarının adlarını açıqladı. APA TV-nin xəbərinə görə, nazir Hüseyn Bağırov dedi ki, Şamaxı əsas fəal sürüşmə zonasıdır.Onun sözlərinə görə, Abşeron yarımadasında antropogen və texnogen fəaliyyətlə əlaqədar sürüşmə zonalarının sayı çoxdur və onlar mövsümlə əlaqədar aktivləşir. Nazirlik hər həftə sürüşmə zonalarında vəziyyətlə bağlı bülleten hazırlayır.

 

- Həmin bülletendə sürüşmə zonalarındakı mövcud vəziyyət rayon icra hakimiyyəti başçılarına, Fövqəladə Hallar Nazirliyi və bu sahə ilə məşğul olan digər qurumlara təqdim olunur. Payız mövsümündə yağışlar çox olanda sürüşmə zonaları aktivləşir. Bu, təbii prosesdir. Bunların bir qismi texnogen, antropogen səbəblərlə bağlıdır. Biz hələ də axıra qədər təbiətin qaydalarını nəzərə almaqla işləməyə öyrəşməmişik. Buna görə də problemlərlə üz-üzə qalmalı olacağıq.

 

Bundan başqa, nazir bildirdi ki hazırda mövsümlə bağlı çaylarda daşqın təhlükəsi gözlənilmir. Daşqınlara səbəb olan çaylarda videokameralar quraşdırılıb və orada olan vəziyyəti hər kəs canlı izləyə bilər. Kameralar dağ çayları arasında əsas təhlükəli olan Kiş və Aran zonasında daşqınlara səbəb olan Kür çayında quraşdırılıb.

Müəllif | Apa.Tv
Almaz Qasımova