Suriyada İŞİD-lə döyüşdə 3 türk hərbçisi şəhid oldu

Suriyanın şimalında İŞİD silahlıları ilə döyüş zamanı Türkiyənin üç hərbçisi həlak olub, daha beşi isə yaralanıb.

 

APA TV-nin “CNN Turk”ə istinadən verdiyi xəbərə görə, tank karvanı terrorçular tərəfindən raketlərlə atəşə tutulub, nəticədə iki hərbçi şəhid olub, daha beşi yaralanıb. Yaralılardan biri sonradan xəstəxanada keçinib.  

 

Məlumata görə, həmin hücum nəticəsində Türkiyə ordusu ilə birlikdə Cerablus şəhərinin İŞİD-dən azadetmə əməliyyatında iştirak edən Azad Suriya Ordusunun iki döyüşçüsü ölüb, daha ikisi isə yaralanıb.  

Müəllif | Apa.Tv
Apa.tv