İranlı nazirlə OPEK rəhbəri görüşdü, neft cüzi ucuzlaşdı

Dünya bazarında neftin qiyməti yenidən ucuzlaşıb. APA TV-nin məlumatına görə, dünən səhər saatlarında “Brent” markalı neftin bir barelinin maksimum qiyməti 47,72 dollar idisə bu gün səhər seanslarında qiymət 47,52 dollara kimi enib.

 

Qərbi Texas nefti də ucuzlaşıb. İlk hərraclarda bir bareli 45,31 dollardan satılan WTİ nefti bu gün səhər seanslarda 45,10 dollar olub.

 

İranın neft naziri Bijan Zəngane neftin bir barelinin 55 dollardan satılmasını məqsədəuyğun hesab etdiklərini bildirib. OPEC-in baş katibi Məhəmməd Barkindo ilə təkbətək danışıqlardan sonra mətbuata açıqlama verən B.Zənganə neftin qiymətləri ilə bağlı OPEC üzvləri arasında danışıqların nəticəsi olaraq bir barel neftin 50-60 dollara satılmasının tərəfdarı olduqlarını bildirib. Neftin qiymətlərinin sabitləşməsi üçün istehsalçı ölkələrin qərarını dəstəkləyəcəklərini bildirən B.Zənganə qiymətlərin sabit qalması üçün rəqib ölkələrin istehsalı artırmamasının vacibliyini vurğulayıb.

 

Qeyd edək ki, OPEC üzvü olan və olmayan neft istehsalçısı dövlətlərin nümayəndələri  arasında növbəti görüş 26-28 sentyabrda Əlcəzairdə keçiriləcək.  

 

 

Müəllif | Apa.Tv
Apa.tv