Makedoniyada təyyarə qəzaya uğradı: 6 ölü
Makedoniyada “Piper” tipli kiçik mühərrikli təyyarəsi qəzaya uğrayıb.
APA-nın "Gazeta.ru"ya istinadən xəbərinə görə, göyərtəsində 6 sərnişin olan təyyarə İtaliyanın Trevizo əyalətindən Kosovonun paytaxtı Priştinaya uçub.
Təyyarədə olanların hamısı həlak olub. Ölənlərin dördü İtaliya, ikisi isə Kosovo vətəndaşıdır.
Təyyarənin yanacaq doldurmaq üçün Makedoniyanın paytaxtı Skopye şəhərində eniş etməsi nəzərdə tutulubmuş. Qəzaya yağışlı hava və görmə məhdudluğunun səbəb olduğu bildirilib.
Şahidlərin sözlərinə görə, təyyarə hələ havada olarkən alışıb. Hazırda hadisə yerində “qara qutu”ların axtarışı davam etdirilir.