Türkiyədə daha 73 hərbçi ordudan qovuldu

Türkiyədə daha 73 hərbçi ordudan xaric olunub. APA TV-nin məlumatına görə, Milli Müdafiə Nazirliyi FETÖ təhqiqatı çərçivəsində Hava Qüvvələri Komandanlığından camaatla əlaqədə şübhəli bilinən hərbçilərin ordudan atıldığını açıqlayıb.

 

"Hava Qüvvələri Komandanlığından 73 hərbçi xaric olunub. Ordudan uzaqlaşdırılma ciddi nəzarətlə həyata keçirilir. Ölkəsinə, millətinə bağlı hərbçilər vəzifələrini yüksək səviyyədə yerinə yetirir. Ordumuz FETÖ-çu xainlərdən təmizləndikcə daha da güclənir", - deyə açıqlamada qeyd olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv