Dağlıq Qarabağda erməni əsgər öldü
Azərbaycanın işğal olunmuş ərazilərində erməni hərbçisi ölüb. APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, 1997-ci il təvəllüdlü əsgər Arman Qandilyan açılan atəş nəticəsində ölümcül yara alıb.
Hadisə qoşunların təmas xəttinin şimal-şərq istiqamətində qeydə alınıb. Əsgər ön xətdəki səngərdə postda olub.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, Ermənistan ordusu ötən gecə atəşkəs rejimini cəbhənin bütün istiqamətlərində dəfələrlə pozub.