NATO-nun baş katibi Gürcüstanda

NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstana iki günlük səfərə gəlib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə,  səfər çərçivəsində onunla Gürcüstanın baş naziri Georgi Kvirikaşvili arasında ikitərəfli görüşün keçirilməsi, eləcə də NATO Şimali Atlantika Şurasının toplantısında iştirakı nəzərdə tutulur.

 

Eyni zamanda Yens Stoltenberqin Gürcüstan prezidenti Georgi Marqvelaşvili, müdafiə naziri Levan İzoriya, eləcə də Parlamentin spikeri David Usupaşvili ilə də danışıqlar aparacağı bildirilir.

 

Qeyd edək ki, Yens Stoltenberq 8-9 sentyabr tarixləri arasında Türkiyəyə səfər edəcək.

Müəllif | Apa.Tv
Apa.tv