“Yeniçaq”ın üç köşə yazarı və MHP-li sabiq millət vəkili həbs olundu

Türkiyədə üç ülkücü yazar və bir sabiq millət vəkili saxlanılıb. APA TV-nin məlumatına görə, bu barədə "Yeni cağ" gəzeti yazıb.


"Sabah saatlarında yazarlar Adnan İslamoğulları, Servet Avcı və Yavuz Səlim Dəmirağın həbsi ilə nəticələnən əməliyyatlar davam edib. Milliyyətçi çevrənin tanınmış şəxslərindən olan, MHP-nin sabiq Aksaray millət vəkili Turan Yaldır da saxlanılıb. Turan Yaldır MHP-dəki qurultay proseslərində sədrliyə namizəd Meral Akşenerə dəstək vermişdi. Yaldır əvvəllər Aksaray Ülkü Ocaqlarına rəhbərlik edib, millətçi kimi tanınan şəxsdir", - deyə qəzetdə qeyd olunur.

 

Xatırladaq ki, Yavuz Səlim Demirağ, Sərvət Avcı və Adnan İslamoğulları “Yeniçağ” qəzetinin köşə yazarlarıdır. Onlar MHP-də qurultay qalmaqalı dönəmində partiyadaxili müxalifətə dəstək vermişdilər. Yavuz Səlim Demirağ Türkiyə ordusunda FETÖ şəbəkəsini ifşa edən “İmamların öcü” kitabının müəllifidir, 15 iyuldan sonra “Ulusal kanal”, CNNTürk, NTV telekanallarında keçirilən müzakirə proqramlarının əsas iştirakçılarından biridir. 

Müəllif | Apa.Tv
Apa.tv