Şəkidə maşınla vurulan piyada xəstəxana öldü
Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin xəbərinə görə, hadisə sentyabrın 6-da axşam saat 21:00 radələrində Şəki-Qax avtomobil yolunun Şəkinin Biləcik kəndi ərazisindən keçən hissəsində baş verib.
Bakı şəhərinin Əmircan qəsəbə sakini, 1949-cu il təvəllüdlü Ağakərim Məhərrəm oğlu Qurbanov idarə etdiyi “Saipa” markalı 99 AJ 496 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Şəki şəhər sakini Elşad Rəşad oğlu İmanovu vurub.
Qəzadan sonra müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Elşad İmanov Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. Həkimlərin səyinə baxmayaraq, Elşad İmanov xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı xəsarətlərdən keçinib.
Faktla bağlı araşdırma aparılır.