Xalası oğlunun toyuna gedən gənc su kanalında boğuldu

Bakıdan Bərdəyə xalası oğlunun toyuna gələn gənc su kanalında boğularaq ölüb.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə sentyabrın 6-da Bərdənin Böyük Göyüşlü kəndində baş verib.

 

2001-ci il təvəllüdlü Cəmil Yunisli kənd ərazisindən keçən kanalda çimərkən boğulub. Onun meyiti qonşu kəndin ərazisindən tapılaraq yaxınlarına təhvil verilib.

 

Yaxınlarının verdikləri məlumata görə, Cəmil Yunisli xalası oğlunun toyunda iştirak etmək üçün Bərdəyə gəlibmiş.

 

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv