Türkiyədə yeni FETÖ həbsləri: hədəf "ordu imamları"dır
Türkiyədə FETÖ təhqiqatı çərçivəsində 17 vilayətdə 105 nəfərin saxlanılması barədə qərar verilib.
APA TV-nin Türkiyə mediasına istinadən xəbərinə görə, Ankara Cümhuriyyət Baş Prokurorluğu camaatın "hərbi qüvvələri idarə edən imamları" və təşkilatla bağlı bir qrup hərbçi haqqında istintaqa başlayıb.
Prokuror Nəcib Cem İşçimenin təlimatı ilə başlayan əməliyyat çərçivəsində Ankara başda olmaqla 17 vilayətdə 105 nəfərin yaxalanmasına başlanıb.
Prokurorluğun polisə göndərdiyi təlimat əsasında "Metropoll" Araşdırma Şirkətinin sahibi Özer Sencarın da saxlanıldığı iddia olunur. Bu barədə Özer Sencarın Twitter hesabından bildirilib. Açıqlamada "Özer Sencar bu gün FETÖ/PDY təhqiqatı çərçivəsində haqqında qaldırılan iddia əsasında saxlanılıb", - deyə qeyd olunub.