Toydan qayıdan ailə İsmayıllıda qəzaya düşdü: 2 ölü, 2 yaralı

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda iki nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:00 radələrində yolun 185-ci kilometrliyində, İsmayıllının Qubaxəlilli kəndi ərazisində qeydə alınıb.

 

Goranboy sakini Məmməd Məmmədova məxsus 90 CP 149 dövlət nömrə nişanlı “Nissan X-TRAİL” markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

 

Hadisə zamanı sürücü Məmməd Məmmədov və sərnişini, 1963-cü il təvəllüdlü Nigar Cəmil qızı Məşədiyeva ağır bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Sürücünün həyat yoldaşı Elmira Məmmədova və bacısı aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Məlumata görə, avtomobildəki ailə üzvləri Gəncədə keçirilən toy mərasimindən Bakıya qayıdarkən qəzaya düşüblər.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv