Prezident iki ölkəyə yeni səfir təyin etdi

Prezident İlham Əliyev Qüdsi Osmanovun Azərbaycanın Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Ramin Həsənov Azərbaycanın Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv