Neft yenidən bahalaşmağa başladı

Dünya bazarında neftin qiyməti bahalaşmağa başlayıb. APA TV-nin məlumatına görə, ötən gün birjalarda “Brent” markalı neftin bir barelinin qeydə alınan son qiyməti 47,33 dollar olub. Bu gün səhər seanslarında bahalaşaraq bir barelin qiyməti 48,84 dollar olaraq müəyyənləşib.

 

Qərbi Texas nefti də bahalaşıb. Ötən gün 45 dollardan bir az baha satılan WTİ nefti, bu gün bahalaşaraq 46,36 dollardan satılıb.

 

Neftin qiymətinin bahalaşmasına əsas səbəblərdən biri ABŞ neft ehtiyatlarının azalmasıdır. Ölkənin Neft İnstitutunun açıqlamasında ötən həftə ehtiyatların 12,1 milyon barel azaldığını qeyd edib. Cümə axşamı təxminən eyni rəqəmlərin açıqlanacağı güman olunur.

 

Qeyd edək ki, bu ay Rusiya və Səudiyyə Ərəbistanı arasında Əlcəzairdə neft istehsalının azaldılması barədə razılaşma əldə olunması üçün görüş keçiriləcək. Ancaq mütəxəssislər iki ölkə arasında razılaşmanın imzalanacağına ümid etmir. Avqust ayında OPEK üzvlərinin istehsal azaltmaqla bağlı çıxışları neftin qiymətinin qalxmasına təsir etmişdi.

Müəllif | Apa.Tv
Apa.tv