Ermənistan ordusunda rəzalət: MAXE-lər zabiti döyüb

Ermənistanın Sünik vilayətində xidmət edən 6 hərbçi zabiti döyüb.

 

APA TV-nin Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, kapitan K.Xaçatryanı döyməkdə təqsirləndirilən N saylı hərbi hissənin hərbçiləri Yuri Ovannesyan, Arman Mikaelyan, Vazgen Mxeyan, Arsen Akopyan, Akop Vardanyan və Arutyun Asatryanın məhkəməsi başlayıb.

 

Onların hamısı müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçudur.

 

Müəllif | Apa.Tv
Apa.tv