Səfir: “Azərbaycan çevrilişə cəhdin ilk dəqiqələrindən Türkiyənin yanında oldu”

"Azərbaycan çevrilişə cəhdin ilk dəqiqələrindən Türkiyənin yanında oldu".

 

APA TV-nin məlumatına görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun "Xəyanətdən qələbəyə" filminin təqdimatı zamanı deyib.

 

O bildirib ki, 15 iyul gecəsi odlu silahların vətəndaşlara yönəldilməsi ilə yaşanılan bu hadisə çox ağırdır: "Şanlı tariximizin yeni səhifəsini birlikdə izlədik. Bütün Türkiyə xalqı qarşımızda duran ortaq təhdidə qarşı çıxaraq ölkəsinə sahib çıxdı. Həmin hadisədən sonra içimizdə yerləşmiş, dərinliklərə işləmiş bir ünsürə qarşı mübarizəyə başladıq. Bu, indiyə kimi Türkiyənin terrora qarşı apardığı mübarizənin ən çətini idi. Türkiyə bu təcrübədən güclənərək çıxdı. Yaxşı və pis gündə Azərbaycanla Türkiyə birlikdədir. Və bütün dünya bilməlidir ki, bu iki ölkə bir-birini heç zaman tək buraxmayacaq. Türkiyə olaraq Azərbaycanla FETÖ-çülərə qarşı birlikdə mübarizə aparmaq çox vacibdir. Biz Azərbaycanın bu günə kimi olan mübarizəsindən çox məmnunuq. Bu sahədə də əməkdaşlığımız davam edəcək".

Müəllif | Apa.Tv
Apa.tv