Azərbaycan inkişaf etmiş ölkələr sırasına düşə bilər - EKSPERT

"Yaxın 8 ildə Azərbaycanda ümumdaxili məhsulun həcminin 2 dəfə artırılması mümkündür".

 

APA TV-nin xəbərinə görə, iqtisadçı ekspert Vüqar Bayramlının fikrincə, bu dəyişiklik baş versə, Azərbaycan 2020-ci ilə qədər inkişaf etmiş ölkələr sırasına daxil olacaq.

 

Mütəxəssislər hesab edirlər ki, ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək üçün bir sıra sahələrdə ciddi dəyişikliklər etmək zəruridir. Bu sahələr sırasına nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları, bank sektoru, energetika daxildir.

 

"Bizim tədqiqatımız sektorlar arasında qiymətləndirmə  işi  apararaq müxtəlif sektorların, o cümlədən,   informasiya və kommunikasiya texnologiyaları, turizm, aqrar sənaye və nəqliyyat sahəsi üzrə bütövlükdə inkişafın dəstəklənməsini, eyni zamanda qeyri-neft sektorunda bu sahələrin payının artırılmasını nəzərdə tutur. Bunun üçün konkret təkliflər hazırlayıb hökumətə və parlamentə təqdim etmişik. Biz hesab edirik ki bu layihələr sayəsində Azərbaycanın "2020-ci il üçün Gələcəyə Baxış" konsepsiyasında nəzərdə tutduğu hədəflərə nail olmaq mümkündür".

 

Bakıda "Qeyri-neft sektorunun müqayisəli üstünlüyünün qiymətləndirilməsi və modelləşdirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda 70-dən çox dövlətin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

 

Müəllif | Apa.Tv