Ermənistanın baş naziri istefa verdi
Ermənistanın baş naziri Ovik Abramyan istefa verib.
APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, bu barədə baş nazir hökumətin bu gün keçirilən iclasının yekununda bildirib.
Qeyd edək ki, O.Abramyan 13 aprel 2014-cü ildən Ermənistanın baş naziri vəzifəsinin icra edib. Bu vəzifədə o, hazırda Avrasiya iqtisadi komissiyasının sədri olan Tiqran Sarkisyanı əvəzləyib. Ermənistan mətbuatında yeni baş nazirin İrəvanın keçmiş meri, “Qaprombank”ın prezidentinin birinci müavini Karen Karapetyanın olacağı bildirilir.