Türkiyədə PKK-nı dəstəkləyən 11 mindən çox müəllim işdən qovuldu
Türkiyənin Milli Təhsil Nazirliyi PKK terror təşkilatına dəstək verən 11 285 müəllimi xaric edib.
APA TV-nin məlumatına görə, müəllimlər "bölücü terror təşkilatına dəstək verdiyi məlum olduğu" üçün işdən qovulublar.
Əməliyyatlar valiliklərin koordinasiyası ilə aparılır. Təhsil Nazirliyindən uzaqlaşdırılan müəllim sayının 14 minə çatacağı gözlənilir.