Meral Akşener MHP-dən xaric edildi

Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri postuna ən iddialı şəxslərdən biri partiyadan xaric edilib.

 

APA TV-nin məlumatına görə, MHP Mərkəzi Təftiş Komissiyasının bu gün keçirilən iclasında Meral Akşenerin partiyadan xaric edilməsi haqqında qərar qəbul olunub.

 

Xatırladaq ki, Meral Akşener daxili işlər naziri və parlament sədrinin müavini vəzifələrində çalışıb.

Müəllif | Apa.Tv
Apa.tv