Baş Qərargah: Çukurcada 186 PKK-çı öldürülüb
Türkiyənin Çukurca bölgəsində PKK terror təşkilatına qarşı keçirilən son əməliyyatlarda 186 terrorçu məhv edilib.
APA TV-nin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrini Baş Qərargahından verilən açıqlamada 6 sentyabrdan bu günə qədər Çukurca ərazisinə hava hücumu nəticəsində 29 terrorçunun öldürüldüyü bildirilib. Hava əməliyyatından sonra təyyarələr və silahlı pilotsuz aparatlar bazalarına dönüb.
Qeyd edək ki, Çukurca bölgəsində əməliyyatların başlanmasından sonra baş nazir Binəli Yıldırım bölgəyə səfər etmişdi.