Avro bahalaşdı, dollar yerində sayır - GÜNÜN VALYUTA MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi dəyişməyib. Rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 1,6403 manatdır.
Avronun məzənnəsi bahalaşıb. Mərkəzi Bank avronun məzənnəsini 1,8498 manat olaraq müəyyənləşdirib.
Rus rublu məzənnəsi dəyişməyib, Türkiyə lirəsi və Gürcüstan larisi isə ucuzlaşıb. Bu gün açıqlanan kursa əsasən, 1000 Rusiya rublu 25 manat 60 qəpik, 100 türk lirəsi 55 manat 42 qəpik, 100 Gürcüstan larisi 71 manat 01 qəpikdir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı valyutaların məzənnəsini həftə içi hər gün yeniləyir.