Erdoğan və Putin Suriya məsələsində anlaşdı

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Vladimir Putin və Rəcəp Tayyib Ərdoğan iki ölkə arasında olan münasibətləri, bundan sonra əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

 

Prezidentlər  telefon danışığı zamanı Qurban bayramında  Suriyanın Hələb şəhərində  atəşin dayandırılması üzrə addımların aktivləşdirilməsinin vacibliyini qeyd ediblər.

 

Məlumata görə, prezidentlər Suriyanın sərhəd rayonlarının  İŞİD daxil olmaqla bütün terror qruplaşmalarından təmizlənməsinin vacib olduğunu vurğulayıblar.

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv