Bəy, gəlin və 95 qonaq xəstəxanada - TOYDA KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Türkiyədə keçirilən toy məclisində bəy və gəlin də daxil olmaqla 97 nəfər zəhərlənib. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Ərzurum şəhərində keçirilən toy məclislərinin birində qeydə alınıb.


Şəhərin Ulubel məhəlləsində Rəcəb və Xədicə Aras cütlüyünün toyu zamanı qonaqlar yedikləri toyuq ətindən sonra özlərini pis hiss etməyə başlayıblar. Bəy və gəlin daxil olmaqla toyda iştirak edən 97 nəfərin vəziyyətinin pisləşməsindən sonra şadlıq evinə təcili yardım çağırılıb. Xəstəxanaya çatdırılan şəxslərə ilkin olaraq qidadan zəhərlənmə diaqnozu qoyulub.
 

Türkiyə Dövlət Baytarlıq İdarəsi və Səhiyyə Nazirliyi tərəfindən zəhərlənməyə səbəb olan toyuq ətindən nümunələr götürülərək yoxlanılması üçün laboratoriyaya göndərilib.

 

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv