Atatürk Hava Limanını partlatmaq istəyən qadın "canlı bomba" tutuldu
Türkiyənin İstanbul şəhərindəki Atatürk Hava Limanını partlatmaq istəyən qadın "canlı bomba" tutulub. APA TV-nin məlumatına görə, İstanbul polisi hazırda PKK terror təşkilatına rəhbərlik edən Murad Karayılanla şəkilləri olan Ebru Fırat adlı qadın "canlı bomba"nın Diyarbəkirdən İstanbula gəlməsi ilə bağlı məlumat alıb.
Hərəkətə keçən hüquq-mühafizə orqanları Ebru Fırat adlı qadını Atatürk Hava Limanının qeydiyyat şöbəsində saxlayaraq polis idarəsinə aparıblar. Üzərində heç bir partlayıcı qurğu aşkarlanmayan "Canlı bomba" ilkin ifadəsində bildirib ki, terror aktını Diyarbəkirə qayıdışı zamanı törədəcəkmiş.
Qeyd edək ki, saxlanılan Ebru Fırat hazırda PKK terror təşkilatına rəhbərlik edən Murat Karayılana yaxınlığı ilə tanınır. Onların bir neçə fərqli məkanda yan-yana çəkdirdikləri şəkillər mətbuata sızıb.