“Ən-Nüsra Cəbhəsi” qruplaşmasının lideri məhv edildi

Suriyada “Cəbhət ən Nüsrə” (Hazırda adı “Cəbhət Fatah əş Şam”dır) qruplaşmasının lideri məhv edilib.   APA TV-nin “Sinxua”ya istinadən verdiyi xəbərə görə, qruplaşma lideri naməlum təyyarənin Suriyanın şimal-qərb rayonuna endirdiyi zərbələr nəticəsində  ölüb.

 

Məlumatda deyilir ki, suriyalı üsyançıların liderlərinin görüşü  təyyarənin hədəfi olub. Onların əksəriyyətinin öldüyü bildirilir.

 

“Röyters”in xəbərinə görə isə, hücum nəticəsində öldürülən “Cəbhət ən Nüsrə” qruplaşmasının lideri Əbu Ömər Saraqebdir.

 

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv