Ermənistan hökuməti istefaya getdi

Ermənistanda baş nazir Ovik Abramyandan sonra, Nazirlər Kabineti rəsmən istefaya gedib.

 

APA TV-nin Ermənistan mətbuatına istinadən xəbərinə görə, O. Abramyan bu gün rəhbərlik etdiyi kabinetin istefasını rəsmən prezident Serj Sarkisyana təqdim edib.

 

S. Sarkisyan hökumətin yeni tərkibi formalaşanadək, hazırkı nazirlərə vəzifələrinin icrasını davam etdirmək barəsində göstəriş verib. 

Müəllif | Apa.Tv
Apa.tv