Bölgələrdə şimşək çaxacaq, yağış yağacaq

Bakı və Abşeron yarımadasında sentyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, mülayim cənub küləyi gündüz arabir güclənəcək.

 

Havanın temperaturu yarımadada gecə 18-22° isti, gündüz  27-32° isti, Bakıda gecə 18-20° isti, gündüz 29-31° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 18-23° isti, gündüz  28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz  19-24° isti olacağı gözlənilir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv